Accessibility links

ABŞ-da doqquz nəfəri bıçaqlayan şəxsin əslən Somalili olduğu müəyyən edilib


ABŞ-ın Minnisota ştatındakı ticarət mərkəzində doqquz nəfəri bıçaqlayan şəxsin 22 yaşlı əslən Somalidən olan Dahir Adan adlı Amerika vətəndaşı olduğu müəyyən edilib.

Şübhəlinin atası Əhməd Adan Star Tribune qəzetinə bildirib ki, polis şənbə günü gecə oğlunun Minniapolis şəhərindən 110 kilometr şimal-qərbdə Yol-ayrıcı Mərkəzi adlı ticarət mərkəzində öldüyünü deyib.

O, polisin hücum barədə bir söz demədiyini, lakin onların evindən foto şəkillər və digər əşyalar müsadirə etdiyini vurğulayıb.

Şerif Uilliam Bleyr Anderson deyib ki, qatil Allahın adını çəkib və hətta bir nəfərin müsəlman olub-olmadığını soruşub. O, polis tərəfindən güllələnib. Hadisə qurbanlarından heç biri ağır yaralanmayıb.

Federal Təhqiqat Bürosu bıçaqlama hadisəsini terror aktı kimi qiymətləndirir.

Şəhərin Somali icmasının liderləri bazar günü mətbuat konfransı keçirərək hücumu pisləyib.

Somali icmasının liderləri Əbdül Kulan Amerikanın Səsinin Somali xidmətinə bildirib ki, icma üzvləri Adanı tanıyırdı. O, təhlükəsizlik zabiti vəzifəsində çalışır, eyni zamanda ağıllı və etibarlı insan idi.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG