Accessibility links

Həmədanda Bəhai qəbiristanlığının bəzi hissələri dağıdılıb


Hüquq müdafiəçiləri Həmədan şəhərində bəhaii icmasına məxsus qəbiristanlığın bəzi hissələrinin gecə vaxtında dağıdıldığına dair məlumat yayıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, “bəhai azlığına məxsus məkanlar və qəbiristanlıqların İslam Respublikası tərəfindən və ya onun yaşıl işığı ilə sistemli şəkildə dağıdılması daha əvvəl də görünüb.”

Agentliyə danışan bəhai hüquq müdafiəçisi Simin Fəhəndej deyib ki, “məzarlıqda meyitxananın bir hissəsi, habelə ibadət binası dağıdılıb. Bunun hansı qurum tərəfindən həyata keçirildiyi bəlli deyil. Bu, İslam Respublikasının bəhailərə etdiyi ən qəddar zülmlərdən biridir ki, ölülərini də rahat dəfn etməyə imkan vermirlər.”

1979 İslam İnqilabından bəri İran Azərbaycanı və ölkənin digər bölgələrində bəhai icmasına mənsub vətəndaşlar öz dini ayinlərini həyata keçirdikləri üçün siyasi, iqtisadi və sosial təzyiqlərə məruz qalırlar. İran İslam Respublikasının rəsmiləri və rəsmi xəbər agentlikləri bəhai incancını “azmışların firqəsi” adlandırırlar.

XS
SM
MD
LG