Accessibility links

Maykl Kohen teleaparıcı Şon Hannitinin də vəkili olub


Prezident Trampın uzun zamandır şəxsi vəkili olan, indi isə biznes fəaliyyəti səbəbilə cinayət istintaqı ilə üzləşən Maykl Kohenin vəkili onun Trampın tərəfdarı və tolk şou aparıcısı Şon Hannitiyə gizli hüquqi məsləhət verdiyini açıqlayıb.

Kohenin vəkili bu açıqlamanı Nyu Yorkda federal məhkəmədə edib. Həmin məhkəmədə Tramp və Kohenin vəkilləri hakimdən Federal Təhqiqat Bürosunun agentlərinin ötən həftə Kohenlə bağlı istintaq çərçivəsində onun ofisi, evi və otel otağından aldığı sənədlərə nəzər salmaq üçün icazə istəyib.

Bu istintaq Kohenin porn ulduzu Stormi Daniels və Playboy modeli Karen MakDuqala Trampla seksual əlaqələri barədə danışmamaları üçün onlara pul ödədiyinə dair ittihamlarla əlaqəlidir.

Danielsin vəkili Hannitinin adından açıqlama verib.

"Məncə Maykl Kohenin vəkilləri Şon Hannitii atəşə atdı, çünki aydındlr ki, onlar Şon Hannitindən çox prezidenti müdafiə etmək istəyir," deyə Maykl Avenatti bildirib.

Kohen məhkəməni tərk edəndən bir müddət sonra, Hanniti radio və televiziya proqramlarında FBI reydlərinin əleyhinə çıxış edərkən Kohenlə münasibətinin olduğunu açıqlamadığına görə təqindlərlə üzləşib.

Fox News kanalında aparıcı olan Hanniti Kohenin müştərisi olmadığını və ondan sadəcə bəzi hüquqi məsələlərlə bağlı məsləhət aldığını deyib.

XS
SM
MD
LG