Accessibility links

Azərbaycanda 511 nəfər koronavirusa yoluxub


Koronavirus
Koronavirus

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 511 yoluxma faktı qeydə alınıb, 1178 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 614 min 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 595 min 98 nəfər müalicə olunaraq sağalıb, 8 min 297 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 min 235 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 328, bu günə qədər isə ümumilikdə 5 milyon 817 min 708 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 224 min 584, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 157 min 954, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 662 min 12 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 404 min 618 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG