Accessibility links

Fikir ayrılıqlarına baxmayaraq, Amerika sevgisi amerikalıları birləşdirir


Amerikada dərin siyasi fərqlər mövcud olsa da, amerikalılar baş heç bir yerdə yaşamağa üstünlük vermir. Bunu yeni sorğunun nəticələri göstərir.

Wall Street Journal qəzeti və NBC tele kanalının keçirdiyi sorğuya əsasən, amerikalılar arasında mədəniyyət, iqtisadiyyat və ölkənin gələcəyi kimi məsələlərlə bağlı müxtəlif fikir ayrılıqları mövcuddur. Lakin insanların çoxu bir məsələdə eyni fikrə malikdir: Amerika yaşamaq üçün ən yaxşı yerdir.

Sorğunun nəticələrinə görə, respondentləri 28 faizi Amerikanın yaşamaq üçün dünyada ən yaxşı yer olduğuna inanır. Sorğu iştirakçılarının 54 faizi Amerikanın dünyada ən yaxşı yerlərdən biri olduğunu hesab edir. Respondentlərin yalnız 18 faizi Amerikanın yaşamaq üçün orta, ya da bundan aşağı səviyyədə yer olduğunu düşünür.

Soğru iştirakçılarının üçdə birindən çox hissəsi, 35 faizi, həyat səviyyəsinin onların uşaqları üçün daha yaxşı olacağına əminliyini ifadə edib. Bu, 2001-ci ildən bəri amerikalılar arasında əminlik səviyyəsinin ən yuxarı səviyyədə olduğunun göstəricisidir. O zaman gələcəyə əmin olan amerikalıların sayı 49 fazi təşkil edirdi. Sonuncu dəfə bu sualla 2014-cü ildə müraciət edilən zaman respondentlərin yalnız 21 faizi gələcək həyatın daha yaxşı olacağına əminliyini bildirmişdi.

Sorğu iştirakçılarının 57 faizi iqtisadi durumun ya yaxşı, ya da əla səviyyədə olduğunu bildirib. Respondentlərin 30 faizi iqtisadi durumu orta səviyyə kimi dəyərləndirib. Sorğuda iştirak edənlərin yalnız 13 faizi yaşadıqları yerdə iqtisadiyyatın zəif durumunu qeyd edib.

Siyasi fərqlər artır

Sorğuda amerikalıların əksəriyyətinin ölkənin gələcəyi ilə bağlı nikbiniyini ifadə etməsinə baxmayaraq, nəticələr siyasi fərqlərin gücləndiyini və bunun yalnız siyasətlə məhdudlaşmadığını göstərir.

Sorğu iştirakçılarının 21 faizi ölkənin tamamilə fikir ayrılıqlarına əsasən bölündüyünü, 59 faizi isə əsas etibarilə bölündüyünü düşündüyünü bildirib. Respondentlərin yalnız 20 faizi ölkədə birliyin mövcud olduğunu hesab edir.

Silahlara nəzarət kimi məsələlərdə insanlar arasında ideoloji cəhətdən kəskin qütbləşmənin olduğu tamamilə aydındır. Respublikaçıların 77 faizi hökumətin silah daşımaq hüquqlarını məhdudlaşdıra biləcəyindən narahat olduğu halda, onların 18 faizi hökumətin kifayət qədər iş görməyəcəyi ilə bağlı narahatlığını bölüşüb. Demokratlar arasında isə məsələ ilə bağlı tam fərqli fikir mövcuddur, belə ki bu nisbət 24 faiz və 71 faizdir.

Sorğu iştirakçılarının 64 faizi müharicətin ölkəni gücləndirəcəyini, 28 faizi isə immiqrasiyanın Birləşmiş Ştatları zəiflədəcəyini düşünür.

Bu nəticələr 2005-ci ildə eyni sual verildiyi zaman alınan cavablarla müqayisədə məsələyə yanaşmada fərqin olduğunu göstərir. O zaman amerikalıların 41 faizi mühacirətin Amerikanı gücləndirəcəyini, 28 faizi isə ölkəni zəiflədəcəyini düşündüyünü demişdi.

Bu dəyişiklik demokratlar arasında məsələdə yanaşmanın dəyişməsi ilə əlaqədardır. 2005-ci ildə demokratların 45 faizi mühacirətin ölkəni gücləndirəcəyini hesab edirdisə, 2017-ci ildə bu rəqəm 81 faiz təşkil edir.

Sorğuya əsasən, amerikalıların 55 faizi ölkədə müxtəlifliyin artması kimi sosial dəyişikliklərdən razılı olduğunu, 24 faizi isə bundan razı olmadığını bildirib.

Bu rəqəmlər də partiya mənsubiyyətinə görə fərqlənir. Demokratların 75 faizindən çoxu, respublikaçıların isə yalnız üçdə bir hissəsi bu dəyişikliklərdən razı olduğunu deyib.

Sorğu avqust ayının 5-dən 9-na qədər 1200 nəfər arasında keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG