COVID-19-a qarşı peyvənd olunmayan amerikalıların əksəriyyəti vaksinlərin sübutlarına baxmayaraq, aqressiv Delta variantına qarşı işləyəcəyinə şübhə etdiklərini və vaksin vurdurmaq istəmədiklərini bildirib.
Associated Press-NORC İctimaiyyətlə Əlaqələr Araşdırmaları Mərkəzinin keçirdiyi sorğuya görə, heç bir peyvənd vurdurmamış amerikalı yetkinlər arasında 35%-i heç düşünmədiyini, 45% -i mütləq vurdurmayacağını, yalnız 3%-i mütləq vaksin vurduracağını, digər 16% -i yəqin ki, vurduracağını bildirib.
Peyvənd vurdurmayan amerikalıların 64%-i güclü təsirə malik olduqlarına dair dəlillərə baxmayaraq, vaksinlərin yeni variantlara qarşı effektivliyinə inamsızlıq ifadə edib.
Vaksinlənmiş insanların 86%-i peyvəndlərin işləyəcəyinə az da olsa inanır.
Johns Hopkins Universitetinin infeksion xəstəliklər üzrə mütəxəssisi Dr. Ameş Adalja deyb ki, " daha çox xəstəxanaya yerləşdirilmələrin və daha çox ölümlərin" qarşısı alına biləcək.
"Hər zaman bilirdik ki, əhalinin bir hissəsini məlumatların nə göstərdiyinə baxmayaraq, inandırmaq çətin olacaq və bir çox insan inandırmaqdan kənarda qalıb" - deyə, Adalja bildirib.
O, Xəstəliklərə Nəzarət (CDC) və Profilaktika Mərkəzinin direktoru Roşel Valenskinin dediyi kimi mövcud dalğanı "peyvənd edilməmənin pandemiyası" adlandırıb. Belə ki, xəstəxanalara müraciət edənlərin və ölənlərin hamısı immunizasiya olunmayanlardır.
AP-NORC sorğusu bu həftə bir neçə respublikaçı və mühafizəkar xəbər agentliklərinin insanları aylarla davam edən tərəddüddən sonra peyvənd vurdurmaq çağırışlarından əvvəl aparılıb. Bu səylər son iki həftə ərzində ABŞ-da COVID-19 yoluxmalarının təxminən üç dəfə artması ilə həyata keçirilir.
CDC uşaqlar da daxil olmaqla, amerikalıların 56.4%-nin ən azı bir doza peyvənd vurdurduğunu bildirib.
Ağ Ev COVID-19 yoluxmalarının artdığı Arkansas, Florida, Louisiana, Missouri və Nevada kimi bəzi ştatlada vaksinasiya proqramlarının artırıldığını bəyan edib.
Luiziana əhalisinin 40%-dən çoxu ən azı bir doza qəbul edib və ştatda çərşənbə günü 5888 yeni COVID-19 yoluxması qeydə alınıb. Bu, pandemiya başladığı gündən bəri üçüncü ən yüksək birgünlük rəqəmdir.
Xəstəxanalara yerləşdirmə də son bir ayda sürətlə artıb.
AP-NORC sorğusu amerikalıların əksəriyyəti (54%) özləri və ya ailələrindən birinin yoluxacağından narahat olduqların göstərib. Respondentlərin 27% isə hədsiz narahatlıq ifadə edib.
Bu, bir ay əvvələ nisbətən bir qədər çoxdur, lakin ilin əvvəlində hər 10 amerikalıdan 7-si özlərinin və ya tanıdıqları birinin yoluxacağından narahat olduqlarını bildirmişdi.
Amerikalıların böyük əksəriyyəti (66%) Baydenin pandemiyaya cavabını bəyənir. Bu, Baydendən 59% ümumi razılıq göstəricisindən yüksəkdir.
Fərqi əsasən Respublikaçılar yaradıb. Onların 32%-i Baydenin COVID-19 ilə mübarizə səylərini təsdiqlədiyini bildirib.
Demokratların təxminən 10-dan 9-u Baydeni ümumilikdə və pandemiya ilə əlaqəli fəaliyyətini dəstəkləyir.