Accessibility links

Sorğu: Yetkin amerikalıların yarısı "saxta xəbərlər"in böyük problem olduğunu düşünür


Son rəy sorğularına görə, yetkin amerikalıların yarısı ölkədə "saxta xəbərlər"in böyük problem olduğunu düşünür.

Əksəriyyət hesab edir ki, bu problemin həllinin məsuliyyəti jurnalistlərin üzərinə düşür. Siyasi baxışlarına görə respondentlərin rəylərində ciddi fərq müşahidə edilib. Belə ki, respublikaçılar demokratlardan daha çox "saxta xəbərlərə görə jurnalistləri günahlandırır.

Pew Araşdırma Mərkəzinin keçirdiyi sorğuların nəticələri göstərib ki, yetkin amerikalıların 68 faizi saxta xəbərlərin hökumət təsisatlarına etibarı azaltdığını düşünür.

Yanlış məlumatlandırma seksizm, irqcilik, qeyri-qanuni mühacirət və terrorizm kimi məsələrdən daha üstün tutulub.

"Saxta xəbərlərə görə kim cavabdehdir?" sualının cavabında yetkin amerikalıların 57 faizi siyasi liderlər və onların işçilərini məsul tutub.

Respondentlərin 53 faizi fəal qrupları günahkar tanıyıb.

Sorğunun nəticələrinə görə, respublikaçılar yanlış xəbərləri görüb, onların düzəldilməsinə daha az meyillidir.

ABŞ prezidenti Donald Tramp da "saxta xəbərlər" haqda dəfələrlə narahatlığını bildirib və buna görə media təsisastlarını qınayıb.

Harvard Hüquqşünaslıq Kollecinin professoru Yoçai Benkler hesab edir ki, respublikaçılar arasında belə fikir dolaşır ki, Tramp onu tənqid edən xəbərləri saxta adlandırır.

Tramp kimi respublikaçılar və respublikaçıyönümlü müstəqil insanların 632 faizi yanlış xəbəri problem hesab edir. Demokratlar və demokratyönümlü insanların isə 40 faizi belə düşünür.

6127 yetkin amerikalının iştirakı ilə sorğular fevral ayının 19-u ilə mart ayının 4-ü arası keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG