Accessibility links

Corc Soros yalnız ailənin vəsaitlərini idarə edəcək


Corc Soros yalnız ailənin vəsaitlərini idarə edəcək
Corc Soros yalnız ailənin vəsaitlərini idarə edəcək

Kənar investorların investisiyalarını geri qaytaracağını bildirən xeyriyyəçi ABŞ –ın yeni maliyyə tənzimləməsindəndən müstəqil olmaq üçün bu addımı atır

Dünyanın ən yaxşı investisiya menecerlərindən biri kimi tanınan Corc Soros ilin sonuna qədər rəhbərlik etdiyi fondun başqalarının investisiyalarının idarə olunmasına son qoyacaq və təqribən bir milyard dolları investorlara geri qaytaracaq.

Sorosun 81 yaşı gələn ay tamam olur. O, 25 milyard dollar həcmində payçılardan ibarət fondun kənar investorlarına deyib ki, onların investisiyalarını geri qaytaracaq və yalnız ailənin vəsaitlərini idarə edəcək. Fondun sədrinin müavinləri, Sorosun oğulları Conatan və Robert bildiriblər ki, onların bu fəaliyyəti ABŞ –ın yeni maliyyə tənzimləməsindən qorunmaq üçündür. Yeni tənzimləmə qaydalarına görə, əgər xarici vəsaitləri idarə etməkdə davam edərsə, fond gələn marta qədər, səhm və başqa qiymətli kağızların alqı satqısına nəzarət edən federal İstikrazlar və Mübadilə Komissiyasında qeydiyyatdan keçməlidir.

1992-ci ildə Bank of England –in funtu devalvasiya etməyə məcbur qalacağı haqda mərcdə 1 milyard dollar udandan sonra ata Soros daha çox spekulyator kimi tanınırdı. İllər boyunca o, öz nüfuzunu dünyanın ən böyük xeyriyyəçilərindən biri səviyyəsinə qədər qaldırdı. Soros indiyə qədər dünyada azad söz, demokratiya, o cümlədən, təhsilin inkişafı və yoxsulluqla mübarizə məqsədilə öz var –dövlətindən 8 milyard dollar ayırıb.

Soros ABŞ siyasətində də maliyyə cəhətdən davamlı rol oynayan bir şəxsə çevrilib. O, tez –tez demokrat siyasətçilərin kampaniyalarını və liberal məzmunlu kampaniyaları maliyyələşdirirdi.

Macaristanlı olan Soros 2-ci Dünya Müharibəsindən sonra London İqtisadiyyat Məktəbini bitirib və on illər ərzində Nyu-Yorkda yaşayıb.

XS
SM
MD
LG