Accessibility links

ABŞ Beynəlxalq Valyuta Fondunun rəhbəri vəzifəsinə Laqardenin namizədliyini dəstəklyir


ABŞ Beynəlxalq Valyuta Fondunun rəhbəri vəzifəsinə Laqardenin namizədliyini dəstəklyir
ABŞ Beynəlxalq Valyuta Fondunun rəhbəri vəzifəsinə Laqardenin namizədliyini dəstəklyir

Birləşmiş Ştatlar Fransanın Maliyyə naziri Kristin Laqardenin Beynəlxalq Valyuta Fondunun yeni rəhbəri olmaq istəyini dəstəkləyir. Rusiya da onun namizədliyinə dəstək bildirib. Bu gün jurnalistlər üçün açıqlama verən ABŞ-ın Maliyyə naziri Timoti Geytner Laqardenin müstəsna istedad və böyük təcrübəyə malik olmasını xüsusi qeyd edib. Beynəlxalq Valyuta Fondunun 24 üzvdən ibarət heyəti bu gün keçirilən iclasda yeni rəhbərin namizədliyini müzakirə edəcək. Mətbuatda verilən məlumatlara əsasən, Laqardenin bu vəzifəni tutması şansları olduqca böyükdür. Beynəlxalq Valyuta Fondunun rəhbəri vəzifəsi icraçı direktor Dominik Straus-Kanın seksual təcavüz ittihamları ilə əlaqədar istefa verməsindən sonra vakantdır. Dominik Straus-Kan bu ittihamları rədd edir.

XS
SM
MD
LG