Accessibility links

Corc Soros Human Rights Watch təşkilatına 100 milyon dollar ianə edib


Bu gün açıqladığı bəyanatda Human Rights Watch maliyyənin Corc Sorosun dünyada tolerantlıq və demokratiyanın inkişaf etdirilməsi məqsədilə təsis etdiyi Açıq Cəmiyyət fondu tərəfindən verildiyini bildirib

Amerika milyarderi və xeyriyyəçi Corc Soros Human Rights Watch təşkilatına 100 milyon dollar ianə edib. Bu gün açıqladığı bəyanatda Human Rights Watch maliyyənin Corc Sorosun dünyada tolerantlıq və demokratiyanın inkişaf etdirilməsi məqsədilə təsis etdiyi Açıq Cəmiyyət fondu tərəfindən verildiyini bildirib. Human Rights Watch bildirir ki, Corc Soros 10 ildən artıqdır təşkilata maliyyə ianə edir. Təşkilat hökumət fondlarından maliyyə almır. Qərargahı Nyu Yorkda yerləşən Human Rights Watch bildirir ki, bu maliyyə təşkilata dünyanın mühüm regionlarında ofislərini çalışdıra bilməsi və öz nüfuzundan istifadə edərək, güclənməkdə olan ölkələrdə insan hüquqlarının təmin edilməsi istiqamətində işini davam etdirməsinə imkan verəcək.

XS
SM
MD
LG