Accessibility links

Sosial media insanlarda depressiyanı müəyyən etməyə kömək edir [Video]


Biz paylaşma dövründə yaşayırıq. Yaşadığımız böyük və kiçik anlar, bizim onlayn həyat kitabımızın bölmələrinə çevrilib.

Amma biz bir məqamı nəzərə almırıq ki, paylaşdıqlarımız bizim haqda düşünə bildiyimizdən daha çox məlumat ötürür.

“Mobil telefonların və bütövlükdə İnternetin həyatımızın ayrılmaz parçası olması ilə biz, öz xarakterimiz və davranışımız haqda ilk baxışda nəzərə çarpmayan, amma çox mühüm məlumatlar paylaşmağa başlamışıq.”

Riyaziyyatçılar Kris Danforts və Piter Dods insanların İnstaqramda yerləşdirdiyi şəkilləri təhlil edən proqram hazırlayıblar.

“Təhlil zamanı biz aşkar etmişik ki, depressiyaya meylli insanların paylaşdığı fotolar tünd, göy və boz rənglərə meylli olur. Fotolarını filterdən keçirmək qərarına gəldikləri halda isə onlar, əksər hallarda, daha çox ağ-qara filter seçirlər.”

Bu fərqi Danfortsun təhlil etdiyi fotolarda görə bilərsiniz.

Boz və ya göy filterli fotolar orijinalda olan canlı rəngli fotolarla müqayisədə gəmgin görünür.

“Depressiyada olan insanların digərləri ilə daha az vaxt keçirmələri və dünyanı daha tünd rənglərdə görmələri yeni bir şey deyil. Amma bu təsuratların sosial mediada ifadə edilməsi isə yenilikdir.”

Danforts deyir ki, bu proqram həkimlərin xəstələrinin emosional vəziyyəti ilə bağlı məlumatlı olmasına yardımçı ola bilər.

“Düşünürəm ki, 5-10 ildən sonra, daha çox araşdırmalar və təhlillər nəticəsində, istifadəçilər bu məlumatların mütəxəssislərə ötürülməsinə icazə verdikləri halda, həkimlər onların köməyə ehtiyacı olduğu an məlumatlı olacaq və daha tez kömək edə biləcəklər.”

Danforts əlavə edir ki, daha çox araşdırma edildikdən sonra proqram insanlara kömək etməkdə çox səmərəli olacaq.

XS
SM
MD
LG