Accessibility links

Sosial media restoranların müştəriləri cəlb etmə yollarını dəyişdirib [Video]


Sosial media restoranlarının müştəriləri cəlb etmə yollarını dəyişdirib
please wait

No media source currently available

0:00 0:02:10 0:00

İndiki rəqamsal dövrdə qida fotoları İnternetdə ən popular paylaşımlardan biridir. Sosial media istifadəçiləri restoran seçəndə yeməyin həm dadlı, həm də gözəl olduğu yerlərə üstünlük verirlər. Bu trendi hiss edən restoranlar isə müştəriləri cəlb etmək üçün yeməyə daha gözəl və maraqlı görkəm verirlər.

Qida fotoları sosial mediada popular olmaqda davam edir. Dünyanın hər bir yanında olan restoranlar isə buna diqqət yetirirlər.

“Sosial media, İnternet sayəsində insanlar onları ilhamlandıran şeyləri onlayn bölüşürlər. Bu həqiqətən hər yerdə baş verir. Yalnız nə etdiyin yox, necə etdiyin də İnternetdədir.”

Restoranda yemək həmişə sosial hadisə olsa da, müasir dövrdə bu həm də sosial media hadisəsidir. Aşpazlar və bizneslər bu meylə müvafiq olaraq, unikal yemək hazırlayırlar ki, müştərilər həmin yeməklərin fotolarını çəksin və onlayn paylaşsın. Məsələn Banqkokun yeni açılan bu hipster məkanı böcəkləri daxil edən menusu ilə səs-küy yarada bilib.

Amsterdamda bir kafe isə avakadoya fotogenik menu həsr edib.

“Bu ideya Instagram-dan gəldi. İki niderlandlı gənc avakadolara və qidanın bəzədilməsinə həsr edilmiş və çox popular olan Instagram profillərini gördükdən sonra bu fikrə gəldilər. DüşüNdülər ki, restoranda təklif etdikləri yeməklər şəkillərdə göründüyü kimi gözəl hazırlasalar, əla olar. Həqiqətən də elə oldu.”

Qrinsleyd deyir ki, mart ayında restoranın açılmasından öncə onların artıq 36,000 Instagram izləyicisi var idi.

Bu trend rəssamları da ilhamlandırır. Ukraynada şüyütdən Donald Trampın portretini hazırlayıblar. Londonda isə məşhur rəsm əsərlərinin surətləri tam olaraq şokoladdan hazırlanıb.

“Material kimi o boya kimi çalışır. Sadəcə düzəldəndə anlamalısan ki, həqiqi boyalardan fərqli olaraq, şokolad isti və ya soyuqdan asılı olaraq əriyə, ya da qırıla bilər.”

Şokoladdan söhbət düşmüşkən. Belçikadakı bu fabrika 3D printerinin köməkliyi ilə yeməli heykəlciklər hazırlayır.

“3D şokolad çapı şirniyyatçıların istifadə etdiyi yeni üsullardan biridir. Bununla onlar şirniyyata tamamilə yeni forma verərək, öz yaradıcılıqlarını ifadə edirlər.”

Onlar bu yaradıcılığın gəlirə çevrilməsinə ümid edirlər. Belə ki rəqamsal dövrdə qida onlayn göründüyü qədər dadlıdır.

XS
SM
MD
LG