Accessibility links

Suriya böhranında sosial medianın rolu [Təhlil]


Məhəmməd Əl-Rəfai Suriya və İordaniya sərhəddi yaxınlığında yerləşən 80 min insanın məskunlaşdığı qaçqın düşərgəsinin bazarında mobil telefon satır.

Düşərgə bir neçə generator vasitəsilə elektriklə təmin edilir. Məhəmməd Əl-Rəfai deyir ki, o Facebookda xəbərləri izləyə və VVhatsApp-la ailəsi ilə əlaqə saxlaya bilir.

“Onlar bir yerdən başqa yerə köçürlər. Döyüşlər başladıqda isə onlar başqa yerə köçmək məcburiyyətindədirlər,” deyə o bildirir.

Onlar bir yerdən başqa yerə köçürlər. Döyüşlər başladıqda isə onlar başqa yerə köçmək məcburiyyətindədirlər.

Düşərgədə olan insanların çoxu deyir ki, müharibəyə görə ayrı düşmüş ailələr üçün informasiya və kommunikasiya qida və yaşayış yeri qədər əhəmiyyətlidir. Bəzi ailələr müharibə səbəbi ilə ayrı düşdükdən sonra mobil telefon applikasiyaları onlar arasında emosional əlaqə qurmağa kömək edir.

“Suriyada böhranın dərinləşdiyi bir vaxt Zaatari qaçqın düşərgəsi öz fəaliyyətlərini Tvitter vasitəsilə elan edərək, donorları motivasiya etməyə çalışır,” deyə düşərgədə yerləşən BMT qaçqın agentliyinin sözcüsü Nasreddin Touabia bildirir.

“Maarifləndirmə baxımından bu, çox səmərəlidir. Bizim daha çox kütləyə müraciət etmək imkanımız yaranır və bu yolla onlar bizimlə əlaqə qururlar. Suallar veririlər, düşərgərdəki vəziyyəti öyrənirlər”-deyə o bildirir.

Suriyalı qaçqınlar təhlükəsiz məkana köçmək üçün Türkiyə sərhədinə toplaşıblar.
Suriyalı qaçqınlar təhlükəsiz məkana köçmək üçün Türkiyə sərhədinə toplaşıblar.

Diaa Hamoud mobil telefonundan istifadə edərək gündəlik xəbərləri izləyir. O deyir ki, düşərgədə hamının kompyuteri yoxdur. Ancaq imkanı olan insanlar smartfon alır.

Düşərgənin sakinləri üçün əsas xəbər mənbəyi Zaatari Facebook səhfəsidir. Onlar bu səhifə vasitəsilə düşərgə daxilində gedən proseslərdən xəbərdar olurlar.

Məhəmməd Həmzə Refai deyir ki, Facebook səhifəsi İordaniyada yaşayan Suriya ailələrinin problemləri ilə məşğul olur və düşərgədəki insanların yarıdan çoxu izləyir.

Müharibə başlanandan bəri təxminən Suriya əhalisinin yarısı didərgin düşüb, yüz minlərlə insan həlak olub.

Düşərgədəki gənclər telefonlarındakı applikasiyalar vasitəsilə ailələrinin vəziyyəti haqda davamlı məlumat əldə edirlər.

Diaa Hamoud deyir ki, bu, onların Suriyada ailələri ilə əlaqə saxlaması üçün yeganə rabitə vasitəsi rolunu oynayır. İnternet İordaniyada daha yüksək sürətə malik olsa da, elektrik enerjisi düşərgədə əsas problemlərdən biridir.

XS
SM
MD
LG