Accessibility links

Sosial media nəhəngləri xarici dezinformasiyaya qarşı mübarizə vəd edir [Video]


Sosial media nəhəngləri xarici dezinformasiyaya qarşı mübarizə vəd edir
please wait

No media source currently available

0:00 0:02:15 0:00

ABŞ-ın sosial media şirkətləri rusiyalı şəxslərin onların platformalarından istifadə edərək 2016-ci il prezident seçkiləri zamanı və daha sonra dezinformasiya yaydıqlarını və əhali arasında nifaq saldığını təsdiqləyib və gələcəkdə bu cür halların baş verməinin qarşısını almaq üçün tədbirlər görəcəklərini vəd edib.

Facebook, Twitter və Google çərşənbə axşamı Senatın alt komitələri qarşısında ifadə verib. Qanunvericilər internetdə şəffaflığı təbliğ edəcək qanun layihəsi üzərində işləyirlər.

Xarici oyunçular saxta hesablardan istifadə edərək Facebook və Instagramda reklamlar yerləşdirib. Bu reklamları iki il ərzində milyonlarla amerikalı görüb. Bu reklamların və məzmunun çoxu təhrikedici xarakter daşıyır. Bəziləri hətta təhqiredicidir.
Kolin Stretç

Sosial media nəhəgləri ABŞ kəşfiyyat agentliklərinin aylar öncə irəli sürdüyü iddialları təsdiq edib.

“Xarici oyunçular saxta hesablardan istifadə edərək Facebook və Instagramda reklamlar yerləşdirib. Bu reklamları iki il ərzində milyonlarla amerikalı görüb. Bu reklamların və məzmunun çoxu təhrikedici xarakter daşıyır. Bəziləri hətta təhqiredicidir”, deyə Facebook-un baş məsləhətçisi Kolin Stretç bildirib.

“Bizim xidmətlərdən yanlış məqsədlər üçün istifadə olunub. Xüsusilə zərərli olanalr isə dövlətin dəstəklədiyi hücumçulardır”, deyə Google-un məlumat təhlükəsizliyi üzrə direktoru Riçard Salqado söyləyib.

Facebook deyir ki, saxta Rusiya mənbələrindən gələn materialları 126 milyon istifadəçi görüb. Twitter platformasının ümumi həcmi ilə müqayisədə çox az sayda yalançı Rusiya xəbərlərinin yer aldığını bildirib. Lakin buna baxmayaraq...

“Twitter, miqyasından asılı olmayaraq, buna bənzər hər bir fəaliyyəti qəbuledilməz hesab edir”, Twitter-in baş məsləhətçişi vəzifəsini müvəqqəti icra edən Şon Edgett deyib.

Qanunvericilər də onunla razılaşır.

“Bu platformalar bizə zərər vermək istəyən insanlar tərəfindən istifadə olunur”, komitə üzvü senator Lindsi Qaraham söyləyib.

“Rusiyanın seçkiyə müdaxilə etdiyinə dair fakt heç kim üçün yeni xəbər deyil. Lakin onların müasir texnologiyadan öz lehinə bu dərəcədə asan və uğurlu şəkildə istifadə etməsini anlamaq son dərəcə çətindir və böyük təəccüb doğurur”, bir digər komitə üzvü seantor Dayən Fainstin bildirib.

Texnologiya şirkətlərinin nümayəndələri deyib ki, Rusiyanın dezinformasiyası amerikalı seçicilər arasında nifaq salmağa yönəlib. Onlar ilk öncə demokrat Hillari Klintona zərər vuran fikirlər yayıb, seçkidən sonra isə prezident Donald Trampın qələbəsinin legitimliyi ilə bağlı şübhələr oyadıb.

Hər üç şirkət bunun bir daha baş verməsinin qarşısını almaq üçün profilaktik tədbirlər gördüyünü vurğulayıb. Facebook isə birbaşa amerikalıların inamını bərpa etməyə çalışır.

“Biz daha yaxşı iş görməyə çalışırıq. Biz 4000 yeni insan işə almışıq. Onların arasında reklamları yoxlayanlar, mühəndislər və təhlükəsizlik eksperləti var. Qabaqcıl maşın öyrənməsi və süni intellekt vasitəsilə bu ekspertlər məzmunun pozulması hallarını və saxta hesabları müəyyən edib, onları aradan qaldıracaq”.

Qanunvericilər və texnologiya nəhəngləri razılaşır ki, təhlükə təkcə Rusiyadan gəlmir.

Senator Lindsi Qraham: “İran və Şimali Koreya bunu edə bilərmi”?

Facebook-un baş məsləhətçisi Kolin Stretç: “Əlbəttə bu mümkündür. İnternet sərhədsizdir”.

Bu şirkətlərin nümayəndələri Nümayəndələr Palatası və Senatın kəşfiyyat komitələri qarşısında ifadə verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG