Accessibility links

Procter & Gamble Azerbaijan Services 2 milyon 163 min manat cərimələnib


Prokter & Gemble
Prokter & Gemble

Reklamım sifarişçisi “Prokter & Gemble Azərbaycan Servisləri” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb

"Oral-B Pro-flex" diş fırçasının, "Duracell" batareyasının, "Ariel" yuyucu tozunun və "Blend-a-med Pro-expert" diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkarlanıb. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə bu, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı məlum olub.

Həmin reklamların sifarişçisi olan “Prokter & Gemble Azərbaycan Servisləri” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə “Prokter & Gembl Azərbaycan Servisləri” MMC-yə 2 milyon 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam bazarında araşdırmalarını davam etdirir.

Öz növbəsində “Prokter & Gemble Azərbaycan Servisləri” MMC hələ məlumatla bağlı açıqlama yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG