Accessibility links

Azərbaycan “Boeing 787 Dreamliner” təyyarəsi alıb


Azərbaycan “Boeing 787 Dreamliner” təyyarəsi alıb
Azərbaycan “Boeing 787 Dreamliner” təyyarəsi alıb

AZAL regionda “Boeing 787 Dreamliner” təyyarəsi olan ilk şirkətdir

Dekabrın 23-də “Boeing” şirkəti ilk “Boeing 787 Dreamliner” təyyarəsinin “Azərbaycan Hava Yolları" ASC-yə (AZAL) çatdırıldığını elan edib.

Trend agentliyinin məlumatına görə bu, AZAL-a MDB məkanında "Boeing 787 Dremliner" təyyarəsini istismar edən ilk aviaşirkət olmaq imkanı verəcək.

AZAL-ın rəhbəri Cahangir Əsgərov bildirib:

"Biz bir növ inqilabi təyyarəni almağa şadıq. Təyyarə QSC-yə regional və beynəlxalq bazarlarda rəqabət qabiliyyətliliyini artırmağa kömək edəcək. Təyyarənin göyərtəsində unikal şərait sərnişinlərə yüksək komfortlu uçuşdan gözəl təəssüratı təmin edəcək".

"Boeing" şirkətinin Yaxın Şərqdə satışlar üzrə vitse-prezidenti Marti Bentrotta bildirib ki, şirkət AZAL-la tərəfdaşlıq münasibətlərinə görə fəxr edir və regionda "Boeing 787" təyyarəsinin ilk istismarçısı statusu münasibətilə aviaşirkəti təbrik edir: "Əməkdaşlığımızın gələcək inkişafına ümid edirik".

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə deyib ki, Bakı yeni təyyarənin gəlməsini gözləyir:

"Təyyarə hələ Bakıda deyil, lakin biz onun gəlişini gözləyirik".

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG