Accessibility links

Azərbaycan yol polisi buzlu hava ilə əlaqədar piyadalara və təcrübəsiz sürücülərə müraciət edib


Azərbaycan yol polisi buzlu hava ilə əlaqədar piyadalara və təcrübəsiz sürücülərə müraciət edib
Azərbaycan yol polisi buzlu hava ilə əlaqədar piyadalara və təcrübəsiz sürücülərə müraciət edib

Qeyri - sabit hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib

Azərbaycan yol polisi qarlı, buzlu hava ilə əlaqədar ölkə yollarında hərəkət edən piyadalara və təcrübəsiz sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin jurnalistlərə verdiyi məlumata görə, yollarda qar intensiv təmizlənir və demək olar ki, respublikanın bütün avtomobil yollarında nəqliyyatın hərəkəti var.

K.Əliyev həmçinin bildirib ki, Ağsu aşırımında qar yağır, ancaq müvafiq qurumlar yolu qardan təmizləyib və qeyd edilən yol da nəqliyyatın hərəkətinə açıqdır.

Şöbə rəisi Bakı-Quba yolunun Ceyranbatana qədər olan hissəsinə qum töküldüyünü deyib:

"Siyəzən, Dəvəçi, Quba istiqamətində yolun müəyyən hissələrində buzlaşma var, lakin qeyd edilən istiqamətdə müvafiq qurumlar yolu qardan təmizləyir. Bakı-Qazax yolunda Sahil qəsəbəsinə qədər yollara duz və qum səpilib, Sahil qəsəbəsindən Qazaxa qədər isə qar yağmır və nəqliyyatın hərəkətində heç bir problem yoxdur. Ələt-Astara yolunda Salyana qədər heç bir problem yoxdur və Masallı-Astara istiqamətində qar yağır. Buna baxmayaraq, müvafiq qurumlar yolu qardan təmizləyir".

Kamran Əliyev bu cür havalarda nəqliyyat vasitələrindən təcrübəsi çox olan və avtomobili texniki cəhətdən saz olan sürücülərin yola çıxmasını tövsiyə edib.

Onun sözlərinə görə, ötən gün ölkə ərazisində 15 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Eyni zamanda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib ki, yanvarın 8-də axşam saatlarında bəzi nəqliyyat vasitələrinin naşı sürücüləri Bakı-Sumqayıt yolunda müvafiq işlərin aparılmasına müəyyən maneələr yaradıb ki, bu, tıxacın yaranmasına səbəb olub.

“Azəryolservis” rəsmisinin sözlərinə görə, artıq Bakı-Sumqayıt, “Dairəvi-1”, Xocasən-Lökbatan yollarının təhlükə olan ərazilərində nəqliyyatın normal hərəkəti təmin olunub.

Öz növbəsində qeyri - sabit hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG