Accessibility links

Banqkok-Kopenhagen reysi ilə uçan sərnişin Bakıda vəfat edib


 Banqok-Kopenhagen reysi ilə uçan sərnişin Bakıda vəfat edib
Banqok-Kopenhagen reysi ilə uçan sərnişin Bakıda vəfat edib

Aprelin 19-da Norveç aviaşirkətinə məxsus Banqkok-Kopenhagen aviareysi ilə uçan təyyarə Bakıda Heydər Əliyev beynəlxalq hava limanında məcburi eniş edib.

Təyyarənin məcburi eniş etməsinə sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi səbəb olub.

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, Danimarka vətəndaşı olan 75 yaşlı Alen Lasten ağciyər-ürək çatışmazlığı ilə 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib.

“O, xəstəxanaya çatdırılanda vəziyyəti ağır olub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”, -deyə o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG