Accessibility links

Bakı və hava limanı arasında elektrik qatarı işləyəcək


Bakı və hava limanı arasında elektrik qatarı işləyəcək
Bakı və hava limanı arasında elektrik qatarı işləyəcək

Bakı və Binədə beynəlxalq hava limanı (25 km) arasında elektrik qatarı işləyəcək.

İyunun 3-də İsveçrənin Stadler Rail Group şirkətinin istehsal etdiyi yeni ikimərtəbəli “KISS” markalı elektrik qatarlarının təqdimatı zamanı bu layihə dövlət başçısı İlham Əliyevə təqdim edilib.

Avropa Oyunları zamanı bu qatarlar Bakı dəmir yolu vağzalı və “Koroğlu” metro stansiyası arasında hərəkət edəcək.

Hər qatar 919 sərnişinlik 4 vaqondan ibarətdir.

Gələcəkdə qatarlar Bakı-Sumqayıt-Bakı dairəvi yolla (91 km) hərəkət edəcək.

Hazırda bu yol yenidən qurulur və iki hissəyə ayrılacaq: Bakı-Biləcəri-Sumqayıt(42 km.) və Bakı-Zabrat-Sumqayıt (49 km.). 55 kilometrlik sahədə yenidənqurulma işləri artıq başa çatdırılıb.

Bu yolda 10 qatarın hərəkəti planlaşdırılır. Dayanacaqları nəzərə alsaq qatarların orta sürəti saatda 63 kilometr olacaq. Bakıdan Sumqayıta 40 dəqiqəyə gedəcək.

Üç dayanacaq olacaq: Keşlə, Biləcəri, Xırdalan.

Əvvəllər qatarlar bu yolu 1 saat 22 dəqiqəyə gedirdilər.

Bakı-Zabrat-Sumqayıt xəttilə qatar hazırda 1 saat 29 dəqiqəyə gedir. 5 dayanacaq olacaq: Koroğlu, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı.

Gün ərzində bu dəmir yolu ilə 10 qatarda 30-35 min sərnişinin daşınması nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG