Accessibility links

Mingəçevir hadisələrinə görə sabiq polis baş leytenantı 4 ay müddətinə həbs edilib


Mingəçevir hadisələrinə görə sabiq polis baş leytenantı 4 ay müddətinə həbs edilib
Mingəçevir hadisələrinə görə sabiq polis baş leytenantı 4 ay müddətinə həbs edilib

Mingəçevir hadisələrinə görə şəhər polis şöbəsinin Cinayət axtarışı bölməsinin sabiq əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadə iki maddə üzrə təqsirli bilinib.

Bu barədə Amerikanın Səsinə sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Ş.Şahlarzadə Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG