Accessibility links

Günəşli yatağında itkin düşənlərin axtarışı davam edir


“Günəşli” yatağındakı axtarışlar davam edir
“Günəşli” yatağındakı axtarışlar davam edir

"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.

FHN-nin məlumatına görə, hazırda FHN-ə məxsus “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 4 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.

Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır.

Dekabrın 4-də saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Qəza baş verən zaman platformada 63 neftçi olub. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfərin cəsədi sudan çıxarılıb. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG