Accessibility links

Bakıda Amerika vətəndaşı vəfat edib


O, ürəktutmasından dünyasını dəyişib

Azərbaycanda özəl şirkətlərdən birində aqronom vəzifəsində işləyən ABŞ vətəndaşının meyiti tapılıb.

Report agentliyinin xəbərinə görə, 57 yaşlı Robert Riçardsonun meyiti onun Bakının Yasamal rayonu, İnşaatçılar prospektində kirayə yaşadığı mənzildə aşkarlanıb.

Meyitin müayinəsi zamanı ABŞ vətəndaşının ürəktutmasından öldüyü məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Amerikanın Səsinə Robert Riçardsonun vəfat etməsini təsdiq ediblər.

“Onun ailəsi ilə əlaqə saxlamışıq”, deyə səfirlikdən bildiriblər.

XS
SM
MD
LG