Accessibility links

Dini Komitə dağıdılmış dini abidələr barədə məlumat yayıb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aprel döyüşlərində cəbhə bölgəsində ziyan görən tarixi-dini abidələrlə bağlı açıqlama yayıb.

"Bu ilin aprelində cəbhədə baş verən döyüşlər zamanı Ermənistan hərbçilərinin Ağdam rayonunun Mahrızlı kənd qəbiristanlığına atdığı top mərmiləri nəticəsində 6 qəbir tamamilə dağılıb. 7 qəbrin isə baş və sinə daşları tamamilə yararsız hala düşüb", komitənin rəsmi saytında yayılan açıqlamada qeyd edilir.

Komitə bildirir ki, Ağdam rayonunun Xındırıstan, Əhmədağalı və Zəngişalı kənd məscidlərinin divarlarında böyük çatlar əmələ gəlib.

"Top mərmiləri Tərtər şəhərundəki "Cümə" məscidinin bir tərəfinin divarlarında çatlar əmələ gətirib. Birinci Qarabağ müharibəsi dövründə atılan mərmilərdən biri Tərtər şəhər "Cümə" məscidinin minarələrindən birini zədələmişdi".

Komitə ermənilərin nəzarətində qalan tarixi-dini abidələrlə bağlı da məlumat yayıb:

"Araşdırmalarımıza əsasən, işğal altındakı torpaqlarımızda təsbit olunan tarixi-dini abidələrin təqribi sayı 403-dür. Onlardan 67-si məscidlər, 144-ü məbədlər, 192-si ziyarətgahlardır".

Dövlət Komitəsi bildirir ki, bu vəziyyətlə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinə etiraz məktubu göndərilib.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi toqquşmalar baş verib. Hər iki tərəfdən onlarla hərbçi həlak olub.

Aprelin 5-də tərəflər Moskvada yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Münaqişə nəticəsində Azərbaycanın BMT tərəfindən tanınan ərazilərinin 20 faizinədək hissəsi ermənilərin nəzarətindədir.

Erməni tərəfi dini komitəinin məlumatına hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG