Accessibility links

Xəzər dənizində itkin düşən neftçinin meyidinin tapıldığı deyilir


Meyit sahilə gətirilib və müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilib

Xəzər dənizində itkin düşən neftçinin meyidi Dərinsulu Günəşli platforması yaxınlığında sudan çıxarılıb.

"BP-Azerbaijan" şirkətindən verilən məlumata görə, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, "Dərinsulu Günəşli" platformasının yaxınlığında dəniz dibindən meyit çıxarılıb.

Meyit sahilə gətirilib və müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd edək ki, Noyabrın 8-də səhər saatlarında «Dərinsulu Günəşli» platformasının əməliyyatçısı olan BP şirkətinin qazma podratçısının bir işçisinin itkin düşdüyünü açıqlamışdı.

Şirkət itkin düşmüş neftçinin tapılmasından ötrü xilasetmə xidmətinin cəlb edildiyini bildirsə də, həmin şəxsin adını və hadisənin hansı şərtlərdə baş verməsini bildirməmişdi.

XS
SM
MD
LG