Accessibility links

Leyla Yunus Avropa Parlamentini Azərbaycanda siyasi məhbusların azadlığına nail olunmasına çağırıb


Hüquq müdafiəçisi Leyla Yunus noyabrın 28-də Avropa Parlamentində Azərbaycana həsr olunmuş dinləmələrdə çıxış edib. O, diqqəti insan hüquqlarının pozulmasına, fəalların son həbsinə, "Nardaran işi"nə yönəldib.

L.Yunus 160-dan artıq siyasi məhbusun siyahısını Avropa Parlamentinə təqdim edib və deputatları onların azad edilməsi üçün mübarizəyə səsləyib.

Bu barədə Leyla Yunusun həyat yoldaşı Arif Yunus Facebook səhifəsində yazıb.

Arif Yunus isə parlamentarilər qarşısında Azərbaycanda islam faktoru mövzusunda çıxış edib.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev bildirib ki, Leyla və Arif Yunusların səhhətində ciddi problemlərin olmasına baxmayaraq, insan haqlarının durumu, siyasi məhbus problemi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çalışırlar.

"Onların beynəlxalq qurumların nümayəndələri ilə görüşləri davam edir”, Gülalıyev Facebook səhifəsində vurğulayıb.

XS
SM
MD
LG