Accessibility links

Azərbaycan “BUTA AIRWAYS” aşağı büdcəli aviaşirkət təsis edib


Azərbaycan “BUTA AIRWAYS” aşağı büdcəli aviaşirkət təsis edib

Aviaşirkət 2017-ci ilin payızında uçuşlara başlayacaq

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin iclasında Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısının yaradılması barədə qərar qəbul edilib.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.

BUTA AIRWAYS adlandırılan yeni büdcə aviaşirkəti "Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olacaq və AZAL-ın 100 faizlik törəmə şirkəti olacaq.

Aviaşirkət Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşəcək.

BUTA AIRWAYS aviaşirkətinin özünəməxsus livreyada Embraer təyyarələri əsasında yaradılmış öz donanması, öz işçi ştatı və müstəqil tarif siyasəti olacaq.

BUTA AIRWAYS aviaşirkətinin uçuşlarının artıq 2017-ci ilin payızında başlayacağı gözlənilir.

Mətbuat xidməti bildirir ki, Bu ilin mart ayından etibarən AZALJET brendi altında 13 populyar istiqamət üzrə uçuşlar yerinə yetirilir. Bu reyslərdə satış və uçuş sxemi lou-kosterlərə yaxındır, yəni sərnişinlərə bəzi xidmətlər seçimi ödənişli variantlar şəklində təqdim edilir.

Hazırda AZALJET-in bütün reyslərində baza tarifinin qiyməti bütün vergi və rüsumlar da daxil olmaqla cəmi 49 avro təşkil edir.

XS
SM
MD
LG