Accessibility links

SOCAR: Küləyin uçurduğu budka suyun dibində tapılıb


İtkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir

Dekabrın 15-də güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir.

SOCAR-dan verilən məlumata görə, bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunub, helikopter və gəmilərin sayı artırılıb.

Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilib, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar.

Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış budkasında olmayıb. Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi aparılır.

Dekabrın 15-də Bakının Qaradağ rayonunda dənizdə estakada uçduqdan sonra 10 nəfər neftçi itkin düşüb. Onlardan yalnız 1-nin cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR-ın bütün qüvvə və vasitələrinin (10 gəmi, 3 vertolyot, Sularda Xilasetmə Xidməti və Qaradağ müdafiə qüvvələri) cəlb edilib.

Dekabrın 16-da fövqəladə hallar naziri Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev hadisə yerinə gedib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG