Accessibility links

Biləsuvar məhbuslarına vəkillə görüşməyə imkan verilmir


Biləsuvar rayonunda məskunlaşdığı qəsəbələrdə etiraz aksiyaları keçirilib
Biləsuvar rayonunda məskunlaşdığı qəsəbələrdə etiraz aksiyaları keçirilib

Vəkil Elçin Sadıqov Cəbrayıl rayonundan məcburi köçkün olan Cəlal Quliyev və Zaur Feyruzlunun həbsilə bağlı apellyasiya şikayəti verib.

Onlar Biləsuvar rayonunda elektrik enerjisinin kəsilməsinə etiraz olaraq keçirilən aksiyada iştiraka görə saxlanılıblar. Hər iki şəxs Cinayət Məcəlləsinin 186.2-ci (başqasının əmlakına qəsdən ziyan vurmaq), 233-cü (iğtişaşlar törətmək) və 315-ci (hakimiyyət nümayəndəsinin əmrlərinə tabe olmamaq) maddələrilə ittiham irəli sürülüb.

Vəkil Amerikanın Səsinə müsahibəsində bildirib ki, C. Quliyev və Z. Feyruzlu hazırda 3 saylı Şüvəlan təcridxanasında saxlanılır. Ancaq hələlik vəkil onlarla görüşə bilməyib.

please wait

No media source currently available

0:00 0:03:12 0:00

Həbslə bağlı apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.

E.Sadıqov məlumat verib ki, aksiyada iştiraka görə təqribən 10 adam saxlanılıb. Lakin Daxili İişlər Nazirliyi və Baş Prokurorluq ancaq üç iştirakçının saxlandığını bildirib.

Dekabrın 22-də bir qrup məcburi köçkün qəsəbəyə elektrik enerjisinin verilməməsi səbəbindən Biləsuvar-İmişli avtomobil yolunu bağlayıblar.

Polis iştirakçılara qüvvə tətbiq edib. Hər iki tərəfdən zərərçəkənlər var.

Borcların hissə-hissə ödənilməsi şərtilə 11 qəsəbəyə elektrik enerjisinin verilməsi bərpa edilib.

XS
SM
MD
LG