Accessibility links

Mikayıl Müşfiqin büstünü sökənlər cəzalandırılacaq


Mikayıl Müşfiqin büstü (sökülməmişdən əvvəl)
Mikayıl Müşfiqin büstü (sökülməmişdən əvvəl)

Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlət başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib.

Bu barədə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC dövlət agentliyinə bildirib.

Bakının Yasamal rayonunda Mükayıl Müşfiq adına parkdan onun büstü götürülüb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bildirir ki, şairin büstünü “Azəravtoyolservis” Səhmdar Cəmiyyəti dövlət xidmətini xəbərdar etmədən götürüb.

Mikayıl Müşfiqin büstünün dağıdılmış postamenti
Mikayıl Müşfiqin büstünün dağıdılmış postamenti

Öz növbəsində, “Azəravtoyolservis” SC-nin mətbuat xidməti büstün “Azəravtoyolservis” tərəfindən götürüldüyünü təsdiq edib.

“Sovetskidə yenidənqurma və genişləndirmə işləri ilə əlaqədar büst götürülüb. Təmir və yenidənqurma işləri başa çatandan sonra yenidən yerinə qaytarılacaq”, səhmdar cəmiyyətin mətbuat xidməti bildirib.

Azərbaycanın istedadlı şairlərindən olan Mikayıl Müşfiq 1937-ci ildə 29 yaşında Stalin repressiyasının qurbanı olub.

1970-cı ildə qoyulmuş büstün müəllifi Azərbaycanın yeganə qadın heykəltəraşı Münəvvər Rzayevadır.

Prezidentin köməkçisi Əli Həsənov bildirib ki, Əliyevin prezidentliyi dövründə onlarla tarixi və mədəniyyət abidəsi əsaslı şəkildə bərpa olunub, Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Rəşid Behbudov və digər tanınmış şəxsiyyətlərinə abidələr ucaldılıb.

“Cənab prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir və bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaqlar,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG