Accessibility links

Keçmiş xarici işlər nazirinin avtomobili əlindən alınıb [Video]


Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Martın 1-də yol polisi Azərbaycanın keçmiş xarici işlər naziri, fövqəladə və səlahiyyətli səfir Tofiq Zülfüqarovun avtomobilini əlindən alıb. Bu barədə o öz facebook səhifəsində (https://www.facebook.com/profile.php?id=100015234341929&fref=nf&pnref=story) yazıb.

Hadisə axşam Bakı-Mərdəkan yolunda baş verib.

"Heydər Əliyev prospektində arxamçağı gələn bir maşın bütün zolaqlarda hərəkətin intensiv olmasına baxmayaraq, ciddi-cəhdlə uzaq işıqları yandırıb-söndürür, gözümü qamaşdırır və yolda əsəbi-isterik vəziyyət yaradırdı. İmkan yaranan kimi, mən onu önə buraxdım, bundan sonra avtomobil sürəti azaltdı və sanki artıq tələsmirdi. Sonra mənə aydın olmayan səbəblərdən 120 km/s sürətə icazə verildiyi halda, o, əylənməyə başladı. Qarşımda qeyri-adekvat və aqressiv sürücü olduğunu anlayaraq, işıqla ona işarə verərək, onu ötdüm və sağ zolağa keçdim. Sonra o, yenə məni ötdü və irəli getdi", Zülfüqarov yazır.

Bundan sonra Zülfüqarovu post-patrul maşını saxlayıb, müfəttiş onun qaydaları pozduğunu iddia etməyə başlayıb. Məlum olub ki, bu, hansısa yüksək vəzifəli polis məmuru idi.

"Patrul işçiləri böyük hörmətlə sənədlərimi yoxladılar, alkoqol testi elədilər, bundan sonra mənə bildirdilər ki, həmin maşında şəhər polis idarəsinin hansısa generalı var idi. Patrul işçiləri bildirdilər ki, onlara mənim avtomobilimi cərimə meydançasına çəkmək əmr olunub. "Niyə?" sualıma cavab veriblər ki, irad bildirə bilmirlər, buna görə mənə heç protokol da verməyiblər. Mehribancasına söhbət edib, onların əmrinə tabe oldum, bundan sonra onlar məni evimə gətirdilər", Zülfüqarov qeyd edir.

Sözlərinin sübutu kimi o, registratordan video yerləşdirib.

"Mənim iki sualım var. İstəmədən xətrinə dəydiyim bu hörmətli "senyor" kimdir (avtomobilin nömrəsi aydın görünür - 10 AA 102) və daha təcrübəli sürücülər mənim maşın sürməyimdə hansı səhvləri görəcəklər? Bu gün (martın 1-də) axşam başıma bax belə hadisə gəlib, çox sağ olsun ki, bu tanımadığım general "əlahəzrətə" lazımi hörməti göstərmədiyimə görə məni ailəmin gözləri önündə güllələməyi əmr etməyib. Düzünü desəm, mənim rütbəm ən yüksək diplomatik rütbədir və general rütbəsinə bərabərdir. Mən bu rütbəni 1998-ci il yanvarın 15-də Prezident Heydər Əliyevin sərəncamı ilə almışam və onunla həmişə qürur duymuşam və duyacağam", Zülfüqarov yazıb.

Amerikanın Səsinin Tofiq Zülfüqarovun hansı qaydaları pozması barədə sorğusuna cavabda Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələrə məsul nümayəndəsi bildirib ki, maşın saxlanılıbsa, deməli qayda pozuntusu olub.

“Vətəndaş bununla razı deyilsə və ya hüquqlarının pozulduğunu hesab edirsə şikayət edə bilər, şikayətə diqqətlə baxılacaq”, o əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG