Accessibility links

Dağ çaylarından daşqınlar keçəcəyi gözlənilir


Ölkə çaylarında aprel-iyun ayları ilə bağlı proqnoz hazırlanıb

Ölkə çaylarında aprel-iyun ayları ilə bağlı proqnoz hazırlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti həmin proqnozları təqdim edib.

Məlumata görə, Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki, Oğuz-Qəbələ) yamacındakı çaylarda su çoxillik normanın 80-105, şimal-şərq (Quba-Qusar-Xaçmaz) yamacındakı çaylarda da 63-90 faizini təşkil edəcək.

Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy-Göygöl) çaylarında isə su normanın 75-100, Naxçıvan Muxtar Respublikası və Lənkəran-Astara bölgəsi çaylarında da 45-85 faizinə bərabər olacaq.

Nazirlik bu il bəzi dağ çaylarında qısamüddətli daşqınların baş verəcəyini ehtimal edir.

XS
SM
MD
LG