Accessibility links

Bankın qarşısında özünü yandıran şəxs vəfat edib


Özünü yandıran insan
Özünü yandıran insan

Mayın 24-də Azneft meydanı yaxınlığında "Bank Respublika"nın filialı qarşısında özünü yandıran 64 yaşlı Ramiz Manafov iyunun 9-da aldığı yanıq xəsarətlərindən xəstəxanada dünyasını dəyişib. Bu barədə Bakı şəhər 5 saylı Klinik Xəstəxanasının Yanıq Şöbəsindən bildiriblər.

Yerli medianın məlumatına görə, R.Manafovun özünü yandırmasına səbəb bank kreditinin ödənilməsi şərtlərinin ağırlaşdırılması olub. Manafov borcu devalvasiyadan əvvəl götürüb və iki devalvasiyadan sonra kredit üzrə ödəniləcək məbləğ artıb. Pulu ödəmək imkanı olmayan Manafov etiraz əlaməti olaraq özünü yandırıb.

Prokurorluq Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi iləcinayət işi açıb.

XS
SM
MD
LG