Accessibility links

Gəncədə Amerika Guşəsi açılıb


Gəncədə Amerika Guşəsi açılıb

ABŞ-ın Azərbaycandakı səfirliyi Gəncə Mərkəzi Kitabxanasında Gəncə Amerika Güşəsinin (Bakıdan 360 kilometr qərb) açıldığını elan edib.

ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında deyilir ki, səfir Robert Sekuta Amerika güşəsinin açılışının yerli icma üçün vacibliyini qeyd edib.

Açılış mərasimində səfir Robert Sekuta, Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edib.

ABŞ səfirliyi kitabxanaya yeni avadanlıq, texnika və lazımı materialları hədiyyə edib.

Güşə ingilis dilini öyrənmək və təhsil proqramları üçün yay dövründə açıq olacaq.

Səfir Sekuta həmçinin, Amerika hökumətinin mübadilə proqramlarının məzunları ilə görüşüb, Amerikada aldıqları təhsilin onların karyeralarında nə dərəcədə əhəmiyyətli olduğu və məzunların Gəncədə çalışarkən yerli icma üçün nə edə bildikləri barədə maraqlanıb.

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində regional Amerika güşələri daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyalar layihələrində iştirak etmək imkanları yaradır. Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətləri təqdim edir.

XS
SM
MD
LG