Accessibility links

ABŞ və Azərbaycan İmişli rayonunda tibbi xidmətləri təkmilləşdirir


ABŞ VƏ AZƏRBAYCAN İMİŞLİ RAYONUNDA TİBBİ XİDMƏTLƏRİ TƏKMİLLƏŞDİRİR
ABŞ VƏ AZƏRBAYCAN İMİŞLİ RAYONUNDA TİBBİ XİDMƏTLƏRİ TƏKMİLLƏŞDİRİR

Bu gün Azərbaycan və ABŞ-ın birgə səyləri nəticəsində İmişli rayonunun Şahverdililər kənd sakinləri yeni tibb məntəqəsinin tikintisinin başa çatmasını qeyd ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyin bu barədə yaydığı pres-relizdə deyilib ki, tədbirdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, Səhiyyə nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər.

Məlumatda deyilib ki, bu layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

“Amerika Birləşmiş Ştatlarının səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi adından ümid edirəm ki, bu yeni tibb məntəqəsi icmanızın təcili tibbi ehtiyaclarınızı ödəyəcək, habelə sizin və yaxınlarınızın həyatını yaxşılaşdıracaq.” deyə USAID-in Missiya Direktoru xanım Mikaela Meredis qeyd edib.

Ümumilikdə, EWMI Azərbaycanın 86 icmasında 148,000-dən artıq insanın faydalana biləcəyi 98 icma layihəsi həyata keçirib. USAID-in SEDA proqramı vasitəsilə EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG