Accessibility links

ABŞ səfirliyi qadınların peşəkar bacarıqlarını artırmağa yardım edir


Wowoman təşkilatı
Wowoman təşkilatı

ABŞ-ın Azərbaycandakı səfirliyi Wowoman təşkilatına qadınlara öz icmalarında lider olmaq istiqamətində apardığı işlərdə dəstək verməkdə davam edir.

Səfirlik Facebook səhifəsində yazır ki, hazırda Wowoman “Woman in Me” proqramına sənəd qəbulu elan edib.

“Bu proqram iştirakçılara peşəkar bacarıqlarını artırmağa yardım edəcək. 3 ay ərzində iştirakçılar məsləhətçilər və mühazirəçilər tərəfindən individual dəstək alacaq və müxtəlif sahələrdə peşəkarlarla ünsiyyətdə olmaq imkanı əldə edəcəklər”, məlumatda deyilir.

Wowoman təşkilatı qadınların peşəkar və fərdi inkişafı üçün yaradılan platformadır. Onun əsas məqsədi xanımların özlərini ifadə edəcəkləri, şəxsi və professional bacarıqlarını inkişaf etdirəcəkləri və özlərinə inamı artıracaqları platforma yaratmaqdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG