Accessibility links

“Ai 98 Super” benzinin qiyməti bahalaşıb


Azərbaycanda “Ai-98 Super” markalı benzinin qiyməti bahalaşıb.

Lent.az saytının məlumatına görə, “Ai-98 Super” benzinin qiyməti 10 qəpik bahalaşaraq, 1,2 manatdan 1,3 manata yüksəlib.

“Caspian Barrel” saytı isə xatırladır ki, “Super” markalı benzin Azərbaycana Belarus və Rusiyadan idxal edilir.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2017-ci ilin I yarımilində ölkəyə 539,53 min dolllar dəyərində 816,43 ton “Super Ai-98” markalı benzin idxal olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım miqdar ifadəsində 2,7 dəfə, dəyər ifadəsində 3,1 dəfə çox təşkil edib. 2016-cı ildə Azərbaycana 635,17 ton “Ai 98 Super” markalı benzin idxal olunub.

Cari ilin iyul ayında Azərbaycanda Ai-92 markalı benzin də 20 qəpik bahalaşaraq, 90 qəpik olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG