Accessibility links

Bakının ən çox tıxac yaranan yolları


Bakının ən çox tıxac yaranan, nəqliyyatın hərəkətini çətinləşdirən ərazilərinin ilkin təhlilləri aparılıb, problemdən çıxış yolları elmi-texniki cəhətdən araşdırılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli prezident İlham Əliyevin rəhbərliyi ilə oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.

V.Kərimovun sözlərinə görə, şəhərin 11 arterial küçəsi üzrə parklanma, şəhər mərkəzində 74 yol kəsişməsində, Tbilisi prospektində 4 əsas kəsişmədə, Şərifzadə küçəsində daha çox tıxac yaranır.

Bundan əlavə, “Heydər Məscidi”nin qarşısında, 3-cü mikrorayon dairəsində, Həsənoğlu-Təbriz küçələrinin kəsişməsində, 20 Yanvar dairəsində də tıxac problemi yaşanır.

V.Kərimov deyib ki, adı çəkilən küçə və prospektlərdə nəqliyyat axını və sərnişin-piyada təhlükəsizliyinin yaxşılaşdırılması üzrə az investisiya tələb edən layihələri, habelə 17 ədəd yerüstü keçidin tikilməsi ilə bağlı təkliflər hazırlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG