Accessibility links

2017-ci ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 7% və ya 165,49 milyon manat artaraq 2532,59 milyon manat olub.

Fondun məlumatına görə, icbari dövlət sosial sığorta haqları üzrə gəlirlər 8,8% artaraq 1501,1 milyon manat təşkil edib.

Fonda daxilolmaların 65,13%-i və ya 977,7 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 faiz və ya 105,46 milyon manat çoxdur, proqnoza 105,24 faiz icra edilib.

Bu ilin əvvəlilə müqayisədə əmək pensiyaçılarının sayı 2017-ci il oktyabrın 1-nə 14 771 nəfər və ya 1,1 faiz artaraq 1 milyon 330 min nəfər təşkil edib.

Əmək pensiyalarının orta aylıq məbləği 204 manata çatıb.

XS
SM
MD
LG