Accessibility links

ABŞ Zərdab və Ağcabədi rayonlarında dörd layihə həyata keçirib


Açılış mərasimi

18 və 19 oktyabrda ABŞ və Azərbaycanın Zərdab və Ağcabədi rayonlarının 4 kəndinin sakinləri su təminatı və mal-qaraya qulluq sahəsində bir neçə layihənin başa çatmasını qeyd edib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Açılış tədbirlərində ABŞ səfirliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak edib. Layihələr USAID vasitəsilə ABŞ və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

EWMI-in texniki dəstəyi ilə Zərdab rayonunun Dəli Quşçu və Gödəkqobu, habelə Ağcabədi rayonunun Arazbar sakinləri yem emalı məntəqələri inşa ediblər ki, bununla da daha tez və daha münasib qiymətə mal-qara yemi əldə edəcəklər. Bu məntəqələrin sayəsində məhsuldarlığın artacağı və həmin üç kəndin 4.700 sakini bundan faydalanaraq yem emalı ilə bağlı xərclərinin 50% qədər azalacağı gözlənilir.

Ağcabədi rayonunun Şahsevən-Təzəkənd kəndində sakinlər üçün 1 kilometrəyaxın yeni borular çəkilib, 12 və 50 ton həcmində iki yeni çən quraşdırılıb. Bu layihə nəticəsində kəndin 800-dən çox sakininin həyat və sanitar şəraiti yaxşılaşacaq ki, bununla da uzun müddətdir mövcud olan texniki su qıtlığı aradan qalxacaq. Eyni zamanda, qadın və uşaqların gündəlik istifadə üçün suyu uzaqda yerləşən quyulardan gətirmək öhdəliyi də aradan qalxacaq.

EWMI təşkilatı vasitəsilə ABŞ və Azərbaycan 93 icmada 156 000-dən artıq insanın faydalana biləcəyi 105 icma layihəsi həyata keçirib.

XS
SM
MD
LG