Accessibility links

Cərimələrin bir hissəsi Prezident Administrasiyasının hesabına köçrülür


Cərimə
Cərimə

Son günlər sosial şəbəkələrdə 2018-ci ilin dövlət büdcəsində sanksiyalaşdırılan daxilolmalar ciddi müzakirə mövzusuna çevrilib. İnsanlar cərimələrin çoxluğundan və yığılan cərimələrin xərclənmə istiqamətləri barədə geniş məlumat verilməməsindən narahatlıqlarını bildirir.

2018-ci ildə maliyyə sanksiyaları 140 milyon manat proqnozlaşdırılıb

2018-ci ilin dövlət büdcəsi layihəsində maliyyə sanksiyalarından daxilolmalar 140 milyon manat proqnozlaşdırılıb. Bu ötən ilki məbləğdən 39 milyon manat çoxdur.

Qubad İbadoğlu
Qubad İbadoğlu

“Bu o deməkdir ki, gələn il məcburi ödənişlər edən sahibkarlara vergi və digər qanunvericiliyi pozmalara görə ən azı 187 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunmalıdır ki, onun da 75 faizi, yəni 140 milyon manatı büdcəyə çatsın. Çünki, bu sanskiyaların 25 faizi onun icra edən dövlət orqanının həvəsləndirmə fondunda toplanır. Müqayisə üçün onu da bildirmək istərdim ki, növbəti ildə büdcəyə maliyyə sanksiyalarından daxilolmalar hüquqi şəxslərin torpaq vergisindən 2,8 dəfə, yol vergisindən 1,5 dəfə, dövlət rüsumundan 1,3 dəfə, mədən vergisində 6 faiz çoxdur. Demək olar ki, növbəti il üçün maliyyə sanksiyaları artıq büdcə mədaxilindən bəzi vergi və rüsumlardan daha çox proqnozlaşdırılıb”, iqtisadçı alim Qubad İbadoğlu facebook səhifəsində yazıb.

Bununla yanaşı ekspert bildirir ki, yuxarıda açıqlanan məbləğə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarа görə dаxilolmаlаr aid deyildir.

Prezident Adminsitrasiyasının hesabı

Qeyd edək ki, inzibati xətalar, maliyyə sanksiyaları nəticəsəində daxilolmaların bir hissəsinin xərclənməsi təyinatı Azərbaycan prezidentinin 1 may 2017-ci ildə imzaladığı fərmanla (http://www.e-qanun.az/framework/35395) tənziməlnir.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmana görə,

Yol Polisi
Yol Polisi

yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlərin 5 faizi Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Prezidentn Administrasiyasının hesabına köçürülür. Vəsaitin 95 faizi isə yol hərəkəti təhlükəsizliyini təmin etmək və yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Daxili İşlər Nazirliyinin hesabına köçürülür.

Vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaların ümumi məbləğinin 50 faizinin 5 faizi Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə yenə Prezidentinin Administrasiyasının hesabına köçürülür. Vəsaitin 45 faizi vergi orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək, vergi orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək, vergi sahəsində elmi-texniki potensialı artırmaq məqsədi ilə Vergilər Nazirliyinin hesabına köçürülür.

Vergi cərimələri
Vergi cərimələri

Hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizinin 5 faizi yenəeyni strukturlarda çalışanların sosial müdafiəsini gücləndirmək məqsədi ilə Prezident Administrasiyasının hesabına köçürülür. Vəsaitin 20 faizi “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə həmin dövlət orqanlarının və notariat kontorlarının hesabına köçürülür.

Asan Xidmət
Asan Xidmət

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizinin yenə 5 faizi yenə eyni strukturlarda çalışan dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Prezident Administrasiyasının hesabına köçürülür. Vəsaitin 45 faizi isə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə həmin Dövlət Agentliyinin hesabına köçürülür.

Qanunsuz miqrasiya
Qanunsuz miqrasiya

Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizinin 5 faizi yenə eyni məqsədlə Prezident Administrasiyasının hesabına köçürülür. Qalan 20 faizi isə miqrasiya orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi iləDövlət Miqrasiya Xidmətinin hesabına köçürülür.

Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələrin yenə 5 faizi yuxarıda göstərilən məqsədlərlə Prezident Administrasiyasının hesabına köçürülür.

Vəsaitin 95 faizi isə Dövlət Gömrük Komitəsinin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasını möhkəmləndirmək və başqa məqsədlərlə Dövlət Gömrük Komitəsinin hesabına köçürülür.

Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizinin yenə 5 faizi Prezidentinin Administrasiyasının, 20 faizi Səhiyyə Nazirliyinin vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün nazirliyin hesabına köçürülür.

Tikinti
Tikinti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizinin 5 faizi Prezident Administrasiyaının, qalan 20 faizi isə nazirlik işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üşün bu nazirliyin hesabına köçürülür.

Kəsilmiş ağac
Kəsilmiş ağac

Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna daxilolmaların da 5 faizi Prezident Administrasiyasına, qalan 95 faizi ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna köçürülür.

Təyinatı üzrə toplanmış maliyyə sanksiyalarınınqalan hissələrinin xərclənməsi belə nəzərdə tutulub: Daxili İşlər Nazirliyinə ayrılan vəsaitin 25 faizi yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının, Gömrük Komitəsinə ayrılan vəsaitin 60 faizi komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin, Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna cərimələrdən daxil olan vəsaitin 25 faizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə verilməsi üçün istifadə olunur.

XS
SM
MD
LG