Accessibility links

Gənc Qızların Yay Liderlik Məktəbinin məzunları Bakıda səfərdə olub


ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD Azerbaijan) və Counterpart International təşkilatı Azərbaycanın Gəncə şəhərində (Bakıdan 360 kilometr qərb) keçirilmiş Gənc Qızların Yay Liderlik Məktəbinin 15 məzunu üçün tanıtım səfəri təşkil edib.

USAİD-in məlumatında deyilir ki, iştirakçılar Bakıya səfərləri zamanı öz təcrübələri ilə bölüşmək, Milli Məclis, Azərbaycan Diplomatik Akademiyası və QHT nümayəndələrindən karyera məsləhətləri almaq üçün gözəl imkan əldə edib.

“Bu tanıtım səfəri gənc qadınlara gələcək karyera məqsədlərinə nail olmaq üçün etimad yaratmağa kömək etdi. Proqram ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən International Visitor Leadership Program (IVLP)-ının 2006-cı il məzunu Məleykə Əlizadənin təşəbbüsü ilə baş tutub”, məlumatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG