Accessibility links

ABŞ Səfirliyi və tərəfdaşları plastik butulkalardan yeni il ağacı qurub


Plastik butulkalardan düzəldilmiş yeni il ağacı
Plastik butulkalardan düzəldilmiş yeni il ağacı

ABŞ Səfirliyi və onun tərəfdaşları Beynəlxalq Rotari Club Bakı, Xəzər Rotari Klubu, Eko Bakı, Saritanın Ekoloji Yaradıcılığı, Azərbaycanda Amerika Ticarət Palatası, Avritel, Holiday Inn və IDEA dekabrın 5-də Park Bulvar Alış-Veriş Mərkəzində "yenidən istifadəni" rəmzləşdirərək istifadə olunmuş plastik butulkalardan bayram ağacı ucaldıb. By barədə ABŞ-ın Azərbaycandakı Səfirlyinin məlumatında bildirilir.

Məlumatda deyilir ki, plastik ağac təkrar emala və plastik istehlaka dair məlumatlılığı artıracaq.

"Yenidən istifadə" atılan plastik materallardan orijinaldan daha yüksək keyfiyyət və ya dəyərdə məhsul yaratmaq üçün yenidən istifadəni ehtiva edir. Ağac 10 dekabrda Rotari Klublarının Qış Bazarına qədər və tədbir müddətində nümayiş olunacaq”.

Beynəlxalq Rotari Klubunun Bakıdakı nümayəndəliyinin prezidenti Vassilios Sitaras deyib: "Biz ABŞ Səfirliyi və digər tərəfdaşlarla birgə plastik butulkalardan istifadə edərək bayram ağacını qurmaqdan məmnunuq. Nəzərə alsaq ki, bu təşəbbüs builki Qış Bazarının mövzusu ilə üst-üstə düşür, bu tədbirin daha çox insanı planetimizə kömək edən fəaliyyətlərə cəlb edəcəyinə ümid edirik", o qeyd edib.

2015-ci ildə dünyada 322 milyon tondan çox plastik butulka istehlak edilib və bu rəqəm hər il artmaqdadır.

“Bu, ətraf mühit üçün əsas təhlükədir. Plastikdən istifadəni azaltmaq, onlardan təkrar istifadə etmək və təkrar emal etməklə böyük nəticəyə nail olmaq olar”, səfirlik bildirir.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı Səfirliyi 2016-cı ildə də 500-dən çox plastik butulkadan 3 metr yüksəklikdə yeni il ağacı qurub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG