Accessibility links

Prokurorluq: Azərbaycanda qanunsuz miqrasiya ilə məşğul olan Pakistan və Hindistan vətəndaşları saxlanılıb


Baş prokurorluq

Bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb

Pakistan vətəndaşı Sajid Fraz, Hindistan vətəndaşları Mohammad Shakir, Alimuddin Shaikh, SK Allarakhan mütəşəkkil dəstə tərkibində qanunsuz miqrasiyanın təşkili və külli miqdarda əmlakın dələduzluqla ələ keçirilməsində ittiham edilərək, Azərbaycan məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Dövlət Miqrasiya Xidməti tərəfindən 29 yanvar - 1 fevralda keçirilmiş tədbirlər nəticəsində mütəşəkkil dəstədə birləşmiş bir qrup şəxs tərəfindən 2017-ci ilin oktyabrından başlayaraq Hindistanın 89 vətəndaşının külli miqdarda pul vəsaitlərinin ələ keçirilərək Azərbaycanda işlə təmin edilməsi adı ilə Bakı şəhərinə turist kimi gətirilmələri, yerləşdirilmələri, viza müddətləri bitməsinə baxmayaraq Azərbaycan ərazisində qanunsuz qalmaları müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2 (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdarda əmlakını dələduzluqla ələ keçirmə), 318-1.2.1 və 318-1.2.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz miqrasiyanın təkrarən təşkili) maddələri ilə cinayət işi başlanaraq prokurorluğun və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Aparılmış ilkin istintaq hərəkətləri ilə müəyyən edilib ki, Hindistan vətəndaşı Mohammad Sakir və digərləri Hindistan vətəndaşlarını işlə təmin etmək vədi ilə Azərbaycana gəlmələrini, onların hava limanında qarşılanmalarını, əvvəlcədən müəyyən edilmiş yaşayış sahələrində yerləşdirilmələrini təşkil edərək, ölkədə yaşamalarının qanuniləşdirilməsi üçün hər birindən 400-800 ABŞ dolları məbləğində pul alıb.

Xəbərdə bildirilir ki, zəruri istintaq hərəkətlərinin icrası yekunlaşdıqdan sonra, cinayət əməllərindən zərər çəkmiş şəxslər vətəndaşı olduqları ölkəyə göndəriləcək.

XS
SM
MD
LG