Accessibility links

Prokuror Musa Tukanova 10 il həbs cəzası istəyib


Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Karlar Cəmiyyətinin həbsdəki sədr müavini Musa Tukanova 10 il həbs cəzası istəyib.

Bu barədə onun oğlu Akif Tukanov bildirib.

Məhkəmənin hökmünün mayın 23-də elan ediləcəyi gözlənir.

Musa Tukanov Karlar Cəmiyyətinin sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) rəhbəridir. O, 2017-ci ilin noyabrında saxlanılıb. Binəqədi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunan M.Tukanov barəsində həbs qətimkan tədbiri seçib.

Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə M.Tukanov rəhbərlik edib. Ancaq partiyanın dövlət qeydiyyatı olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG