Accessibility links

USAID Yeni Təhlükəli Ziyanvericiyə Qarşı Aqrobiznes Rəhbərləri ilə İşləməyə Hazırdır


 USAID Yeni Təhlükəli Ziyanvericiyə Qarşı Aqrobiznes Rəhbərləri ilə İşləməyə Hazırdır
USAID Yeni Təhlükəli Ziyanvericiyə Qarşı Aqrobiznes Rəhbərləri ilə İşləməyə Hazırdır

USAID 2017-ci ildə təhlükəni izləmək məqsədilə fəaliyyətə keçərək 2018-ci ildə monitorinq işlərinin genişləndirilməsini planlaşdırır

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi (AgroCenter) hökumət və özəl sektorun aqrobiznes mütəxəssislərini Azərbaycanın kənd təsərrüfatına ciddi təhlükə ilə bağlı xəbərdarlıq etmək üçün tədbir keçirib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə qəhvəyi qalxanlı zərərli bağacıqlar 200-dən çox çeşiddə meyvə və tərəvəzlərdə qidalanan bir zərərverici böcəkdir.

USAID 2017-ci ildə təhlükəni izləmək məqsədilə fəaliyyətə keçərək 2018-ci ildə monitorinq işlərinin genişləndirilməsini planlaşdırır. USAID, AgroCenter təşkilatı ilə birgə, Azərbaycanda bu zərərvericinin hücum edə biləcəyi bütün sahələri əhatələyən zərərli bağacığın izlənmə planını hazırlayıb.

Şərqi Asiyaya məxsus bu böcək Cənubi Qafqaz regionunda yeni zərərvericicidir və təkcə 2017-ci ildə Gürcüstanda 100 milyon dollardan çox meyvə və fındığı məhv edib.

Gündə 100 km-dən yuxarı məsafəyə və ya avtomobil və yük maşınlarında səyahət edə bildiyindən bu böcək uzun məsafələri asanlıqla qət etməklə Gürcüstan ərazisində sürətlə yayılmış və son zamanlar Şəmkirdə də aşkar edilmişdir. Zərərli bağacıq Azərbaycanda da Gürcüstanda olduğu kimi eyni sürətlə yayılarsa bu təhlükəni aradan qaldırmaq üçün dövlət və özəl sektorun təcili olaraq birgə işləmələrinə ehtiyac yaranacaq.

USAID və AgroCenter bu təhlükə barədə məlumatlılığın artırılmasını davam etdirəcək və Azərbaycan hökuməti ilə birgə bu zərərvericilərin Azərbaycanda iqtisadiyyat və kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən meyvə və fındıqlara hücum etməsinə qarşı fəaliyyət planının işlənib hazırlanması üçün hazırlıqlıdırlar.

XS
SM
MD
LG