Accessibility links

ABŞ şirkəti Bakının Baş Planının hazırlanmasına cəlb edilir


The Boston Consulting Group
The Boston Consulting Group

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məşhur The Boston Consulting Group (BCG) konsaltinq şirkətini Bakının Baş Planının hazırlanmasına cəlb edir.

Dövlət Komitəsinin məlumatında deyilir ki, BCG ilə birlikdə Bakının baş planının iki mərhələdə hazırlanmasını təşkil etmək planlaşdırılır.

Birinci mərhələdə paytaxt ilə bağlı bu günədək hazırlanmış bütün şəhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən "Böyük Bakının Regional İnkişaf Planı" və "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı" layihələrinin təhlil edilməsi nəzərdə tutulur.

Bu mərhələdə mövcud layihələrin aktuallığı yoxlanılacaq, şəhər infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı ehtiyaclar qiymətləndiriləcək, habelə bu sahədə ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakının inkişaf konsepsiyası işlənəcək. Eyni zamanda, birinci mərhələdə Azərbaycan Respublikasının aidiyyəti qanunvericiliyinin, o cümlədən müvafiq şəhərsalma norma və qaydalarının nəzərdən keçirilməsi, təkmilləşdirilməsi zərurətinin dəyərləndirilməsi planlaşdırılır.

Birinci mərhələdə görüləcək bu işlər nəticəsində Baş Planın hazırlanması prosesinə şəhərsalma və memarlıq planlaşdırılması, abidələrin qorunması, mühəndis kommunikasiya, sosial infrastruktur, ekoloji məsələlər və digər sahələr üzrə yüksəkixtisaslı, peşəkar xarici və yerli təşkilatların və ekspertlərin cəlb olunması üçün müvafiq layihə tapşırıqlarının və tələblərin hazırlanması nəzərdə tutulur.
İkinci mərhələdə komitə "The Boston Consulting Group" şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır.

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin Baş Planının təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır.

* BCG 1963-cü ildə yaradılıb və dünyanın 50 ölkəsində dərin şəbəkəyə malikdir. BCG-nin müştəriləri və tərəfdaşları özəl, dövlət və qeyri-kommersiya sektoru təşkilatlarıdır. Şirkət Moskva, Kiyev, Pekin, Stokholm, Boston, Nyu-York kimi şəhərlərdə şəhər inkişafı və zonalaşdırılmasının planlaşdırılması, şəhər mühitinin, infrastrukturun, nəqliyyatın inkişafı üzrə layihələr həyata keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG