Accessibility links

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsinə başlanılıb


Yeni nəsil şəxsiyyət vəsiqəsi
Yeni nəsil şəxsiyyət vəsiqəsi

Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır.

Yeni nəsil şəxsiyyət vəsiqələri üçün vətəndaşlar bütün ərazi polis orqanlarına və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Yen nəsil şəxsiyyət vəsiqələrində fotoşəkil və digər məlumatlarla birlikdə vətəndaşın barmaq izi məlumatları əks olunacaq. Barmaq izinin alınması, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) tələblərinə uyğun fotoşəklin çəkilməsi şəxsiyyət vəsiqəsini verən orqan tərəfindən həyata keçiriləcək.

Şəxsiyyət vəsiqəsi sahibinin barmaq izləri (hər əldən bir barmaq) elektron daşıyıcıda (çip) əks olunacaq. 15 yaşına çatmamış şəxslərin barmaq izləri alınmayacaq və vətəndaşın göz rəngi və boyu haqqında tibbi arayış tələb olunmayacaq.

Bu gün daxili işlər naziri Ramil Usubov 1 nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsini prezident İlham Əliyevə təqdim edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG