Sentyabrın 12-də Saatlı rayonunun Varxan və Əlisoltanlı kəndlərinin (Bakıdan 191 kilometr cənub-qərb) sakinləri bu kəndləri rayon mərkəzi ilə birləşdirən yeni asflatlanmış yol layihələrinin başa çatmasını qeyd edib.
Açılış mərasimində USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) missiya direktoru Caydev Sinqx, İqtisadiyyat nazirliyi, icra hakimiyyəti və bәlәdiyyә nümayәndәlәri iştirak edib.
USAİD-in mətbuat üçün açıqlamasında deyilir ki, yollar ABŞ Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycanın İqtisadiyyat nazirliyi arasında kəndlərdə infrastrukturun yaxşılaşdırılmasına yönəlik əməkdaşlıq çərçivəsində bərpa olunub.
“Yenicə asfaltlanmış yollar Saatlı rayon mərkəzinə gediş-gəliş vaxtını və xərcini xeyli azaldacaq, məktəbə davamiyyəti artıracaq, habelə fövqəladə hallarda cavab tədbirləri üçün imkanları yaxşılaşdıracaq”, məlumatda qeyd edilir.
Yol layihəsi ABŞ və Azərbaycan hökumətlərinin əməkdaşlıqı ilə 146 icmada 123 müxtəlif layihəni başa çatdıran USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqramı çərçivəsində həyata keçirilib.
210 000 nəfərin bəhrələnə bildiyi həmin layihələr sırasında texniki su ilə təminat, yem emalı məntəqələri, gənclər üçün idman meydançaları, süd emalı məntəqələri və kənd tibb məntəqələri daxildir.
"SEDA iki ölkә arasında güclü tәrәfdaşlığın vә bizim xalqlar arasında möhkәm dostluğun tәzahürüdür. Ümid edirik ki, bu yoldan istifadә edәrkәn onların ifadә etdiyi möhkәm dostluğu hiss edәcәksiz ", missiya direktoru Sinqx qeyd edib.