Accessibility links

“İstəyirəm ki, ailəm məni oğlanları kimi yox, qızları kimi qəbul etsin”[Video]


“İstəyirəm ki, ailəm məni oğlanları kimi yox, qızları kimi qəbul etsin”
please wait

No media source currently available

0:00 0:05:05 0:00

Lusinin ən böyük arzularından biri Azərbaycan cəmiyyətinin onları qəbul etməsidir

“Uşaq vaxtı evdə tək olanda anamın pamadasından, laklarından, paltarlarından istifadə edirdim. Özümü güzgünün qabağında qadın kimi hiss edirdim.

22 yaşlı Lusi (ad dəyişdirilib) fiziki olaraq kişi doğulsa da ruhunun qadın olduğunu düşünür.

Amerikanın Səsinə müsahibəsində transgender fərd bildirib ki, ən böyük arzularından biri qadın olmaqdır.

“Özümü tanıdığım gündən ruhumu hiss edirəm. Təbii ki, qadın kimi yaşamaq , qadın kimi olmaq mənim üçün daha rahatdır”.

Lusi bu hisslərinin hələ uşaq vaxtı yarandığını deyir.

“Uşaq vaxtı evdə tək olanda anamın pamadasından, laklarından, paltarlarından istifadə edirdim. Özümü güzgünün qabağında qadın kimi hiss edirdim. Qadın paltarı geyinərək öz-özümə rəqs edirdim. Yeniyetməliyim isə heç. Ondan danışmasam daha yaxşıdır. Çünki ətrafım məni kişi kimi görüb, amma özüm qadın kimi olmuşam”.

Cəmiyyətə adaptasiya olunmağa gəldikdə isə Lusi ilk öncə müstəqil, yəni heç kimin köməyi olmadan yaşamağı üstün tutur.

“Özüm öz ayaqlarım üzərində dayana bilirəmsə, cəmiyyət qarşısına özüm olaraq çıxa bilməyim mənim üçün ən vacib olanıdır”, o bildirib.

Evin tək övladı olduğunu deyən Lusi ailəsi onun transgender fərd olduğundan xəbərsizdilər.

“Bilsələr, onlar normal qarşılamayacaqlar. Onların həyatında trans olaraq yox kimiyəm. Amman mən özümü qadın kimi hiss edirəm. Artıq istəyirəm ki, ailəm məni oğlanları kimi yox, qızları kimi qəbul etsin. Çünki mən qadın olmaq arzusundayam”.

Lusi Azərbaycanda LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) fərdlərinin diskriminasiyaya, psixoloji zorakılığa və təhqirlərə, təhdidlərə məruz qaldığını deyir.

Onun sözlərinə görə Azərbaycanda yaşayıb, ölkəsinə bağlı olsalar da, cəmiyyət onları qəbul etmək istəmir.

İctimai nəqliyyata minəndə belə normal qarşılamırlar.Təhqir edirlər, söyürlər. Bizi hətta vururlar.

“Cəmiyyət bizi normal qəbul etsə, mən də istəyərəm ki, qızlar necə qadın paltarında geyim mağazalarına girəndə rahat bir şəkildə ürəkləri istədiyi paltarı ala bilirsə, geyinib çölə çıxa bilirlərsə mən də onlar kimi bu cəmiyyətdə olmaq istəyirəm. İctimai nəqliyyatdan istifadə etməyimizə pis baxırlar. İctimai nəqliyyata minəndə belə normal qarşılamırlar.Təhqir edirlər, söyürlər. Bizi hətta vururlar. Neçə dəfə olub ki, zor tətbiq ediblər”.

O, LGBT fərdlərinə edilən təzyiqlərə baxmayaraq digərləri kimi ölkəni tərk etmək fikrində olmadığını düşünür.

“Başqaları kimi mən ölkəmi tərk eləmək istəmirəm. Başqa ölkənin, xarici ölkənin vətəndaşı olmaq istəmirəm”, o deyir.

Lusinin ən böyük arzularından biri Azərbaycan cəmiyyətnin onları qəbul etməsidir.

“Bizim gündüz deyə bir həyatımız yoxdur. Gündüz ancaq evdə olururuq. Gündüzlər ev dustağı, gecələr isə yox. Gecələr kluba gedirəm gey dostlarımla, trans podruqalarımla (rəfiqələrimlə) oluram. Demək istədiyim cəmiyyətin bizi qəbul etməsindən ibarətdir. Gündüzlər evdə yatıb, gecələr çıxmaq yox. Gündüzlər digər insanlar necə rahat gəzə bilirlərsə, biz də elə gəzək”.

Yerli hüquq müdafiəçilərinin və LGBT nümayəndələri məlumatlarına görə, ötən ilin sentyabrın ortalarında polis reydləri zamanı 100-ə yaxın homoseksual və transgender saxlanılıb. Onların təhqirlərə, fiziki zorakılığa məruz qaldığı barədə yerli mediada məlumatlar dərc edilib. Saxlanılanların bir hissəsi cərimə ödədikdən sonra azad buraxılıb.

Ancaq 61 nəfər polisə tabe olmamaq ittihamı ilə 10 sutkadan 30 sutkayadək inzibati həbs cəzası alıb.

Bununla bağlı rəsmi məlumatlarda bildirlib ki, saxlanma fahişəliyə qarşı mübarizə çərçivəsində həyata keçirilib və heç bir zorakılıq hərəkətinə yol verilməyib.

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Bakıda LGTB mənsubları ilə bağlı reydlərə aidötən il yaydığı birgə məlumatda bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşlarının sentyabrın 15-dən 30-dək keçirdiyi tədbirlərlə 83 nəfər saxlanıb. Həmin tədbirlərin vətəndaşların çoxsaylı müraciətləri əsasında keçirildiyi bildirilir.

Məlumatda iddia edilirdi ki, reydlər Bakı şəhərində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pulla intim xidmətlər təklif edən, hətta bundan boyun qaçıranları təhqir edən şəxslərin müəyyənləşdirilməsi məqsədi daşıyıb.

Verilən məlumata əsasən, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilərək məhkəmələrə göndərilib. 56 şəxs müxtəlif müddətlərə inzibati qaydada həbs olunub, 18 nəfər inzibati qaydada cərimə, 9 nəfərə isə xəbərdarlıq edilib.

“Lakin vəkillərin müraciətləri nəzərə alınaraq, inzibati həbs olunanlardan 32 nəfəri müalicə üçün dəri-zöhrəvi dispanserlərə göndərilib. Zöhrəvi xəstəlik aşkar edilməyən 24 nəfər inzibati həbsdən azad edilib", məlumatda bildirilir.

Tibbi-laborator müayinələrin nəticəsinə görə, saxlanılanlardan 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6 nəfərdə AIDS tapıldığı bildirilir. 16 nəfərdə sifilis, 2 nəfərə Hepatit HIV virusu və daha bir neçə şəxsdə isə digər xəstəliklər aşkarlandığı açıqlanıb.

Azərbaycanda homoseksuallıq 2000-ci ildə dekriminallaşdırılıb. Ancaq İnsan hüquqları qrupu “Göyqurşağı Avropa” (Rainbow Europe) Azərbaycanı Avropada homoseksualların ən pis yaşadığı ölkə sayır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG