Accessibility links

Sağlamlıq imkanları məhdud olan şəxslər üçün fövqəladə hallara dair təlimat kitabı təqdim olunub


Sağlamlıq imkanları məhdud olan şəxslər üçün fövqəladə hallara dair təlimat kitabı təqdim olunub
Sağlamlıq imkanları məhdud olan şəxslər üçün fövqəladə hallara dair təlimat kitabı təqdim olunub

Oktyabrın 29-dasağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbində Brayl əlifbasında çap olunmuş kitabın təqdimatı keçirilib. Belə ki, bu kitab yalnız əl ilə oxuna bilər. Layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfriliyinin məlumatında deyilir.

Kitabda fövqəladə hallara dair təlimatlar yer alıb. Gözdən əlilliyi olan şəxslərin bu məlumatları istədikləri zaman rahat əldə edə bilməsi üçün zəlzələ, yanğın, dəm qazından zəhərlənmə, partlayış zamanı davranış qaydaları, hava nəqliyyatında təhlükəsizlik qaydaları, ilkin tibbi yardım, ekstremal anlarda qısa nömrələrdən düzgün istifadə qaydaları Brayl əlifbasında kitab olaraq hazırlanıb.

Kitab ABŞ Səfirliyinin dəstəyi ilə çap olunub
Kitab ABŞ Səfirliyinin dəstəyi ilə çap olunub

Kitabın təqdimatı gözdən əlilliyi olan uşaqların təhsil aldığı internat məktəbində keçirilib. Tədbirdə nazirliklər və digər dövlət qurumlarının nümayəndələri, mötəbər beynəlxalq təşkilatların əməkdaşları, təşəbbüskar gənclər və media iştirak edib.

ABŞ Səfirliyinin İctimai əlaqələr şöbəsinin rəhbəri Mişel Petersen “ABŞ Səfirliyi belə bir ictimai əhəmiyyət kəsb edən layihəni dəstəkləməkdən çox məmnundur”, deyə qeyd edib.

Layihənin müəllifi Elman Süleymanov, - “Bu kitabın nə zaman, neçə şəxsin həyatını xilas edəcəyini bəlkə də bilmirik, amma bunun mütləq baş verəcəyinə əminik”, deyə bildirib.

XS
SM
MD
LG